Burada samovar çayı 10 manata başa gəlir

Çayxanadan samovar oğurlayanlar həbs edildilər

44
(Yenilənib 19:02 27.12.2017)
Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanılıb

BAKI, 27 dekabr — Sputnik. Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində törədilmiş bir neçə oğurluq faktının üstünü açıblar.

Bu barədə məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in mətbuat xidmətinin Quba rayon regional qrupundan veriblər.

Hadisələrdən biri dekabrın 22-də baş verib. Qusar rayonunun Hil kənd sakini Seyfəddin Rəhmanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edilməsi barədə məlumat verib. 

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş həmin kənd sakini Zamir Zalov saxlanılaraq polis şöbəsinə gətirilib. 

Dindirilmə zamanı Z.Zalov cari ilin noyabr ayının əvvəlində gecə saatlarında həmkəndlisi ilə həmin evdə heç kəsin olmadığı müddətdə pəncərədən evə daxil olmasını, oradan qızıl-zinət əşyalarını, 50 manat pul və istifadə olunmuş mobil telefon oğurladığını etiraf edib. Həmin əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Digər oğurluq hadisəsi barədə isə dekabr ayının 7-də Qusar rayon sakini Samir Sultanovun Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib və ona məxsus samovarının oğurlandığı bildirib. S.Sultanov rayon ərazisində yerləşən N.Nərimanov adına parkda çayçılıq fəaliyyəti ilə məşğul olurmuş. Çayxananın bağlı olmasından istifadə edən oğrular pəncərəni sındırma yolu ilə içəri daxil olaraq oradan ona məxsuz 1 ədəd 40 litrlik, təxminən 200-300 manat dəyərləndirilən samovarı oğurlayıblar. 

Qusar RPŞ-də yaradılan əməlliyat qrupu tərəfindən aparılan operativ xidmət nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olunmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanılıb. 

Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf edib, oğurladıqları samovarı rayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbul məntəqəsinə satdıqları bildiriblər. Həmin samovar qəbul məntəqəsindən maddi sübüt kimi götürülüb.

44
Əlaqədar
Bakıda qəribə oğurluq baş verib: Oğrular üçün müqəddəs heç nə qalmayıb
Elşən Mustafayev Sumqayıtda oğurluq edərkən yaxalandı
Xalq artistinin evindən oğurluq etdi, ardınca da özünü öldürmək istədi
Bank hesablarından oğurluq edənlər ələ keçdilər
Televiziyadan oğurluq edən nəhayət ki, ələ keçdi

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

73
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

73
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

22
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

22