Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda avtobusda dəhşətli qətl baş verdi

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb

BAKI, 27 dekabr — Sputnik. Cəlilabad rayonunda qətl hadisəsi baş verib. 

Sputnik Azərbaycan-ın "Report”a istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. 

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan marşrut mikroavtobusda gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı marşrut sürücüsü tərəfindən xəstəxanya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti
0