Daxili İşlər Nazirliyi

Daxili İşlər Nazirliyinin fateh əməkdaşı itkin düşüb

383
(Yenilənib 18:11 27.12.2017)
Yeddi min metr yüksəkliyi fəth etmiş DİN rəsmisi əvvəllər də Tufandağa dırmanıb

BAKI, 27 dekabr — Sputnik. Şahdağda itkin düşən alpinistlərdən biri — 28 yaşlı Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşıdır. Bu barədə Sputnik Azərbaycan-a daxili işlər orqanlarından məlumat verilib.

Qeyd edək ki, hava və ekstremal idman növləri üzrə "Gilavar — Air&Extreme Sports Club"un üzvləri Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə itkin düşüb. Onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ zirvəsi istiqamətində hərəkət ediblər və dekabrın 26-da geri qayıtmalı olsalar da, indiyə qədər onlardan heç bir xəbər yoxdur.

Əldə etdiyimiz məlumata görə, Hüseynov il yarımdır daxili işlər orqanlarında çalışır. Artıq bir neçə ildir ki, peşəkar alpinizmlə məşğul olur. Sərhədçilərin haqqında danışdığı 7 min metr yüksəkliyi fəth edən alpinist məhz odur. Hüseynov əvvəllər Tufandağa dırmaşıb. Buna görə də, o, alpinistlərin seçdiyi marşruta yaxşı bələddir.

Sputnik Azərbaycan-ın məlumatına görə, dekabrın 23-də Şahdağın zirvəsində itkin düşmüş 3 alpinistin axtarışlarını davam etdirir. Hələlik Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və sərhədçilər qrupu tərəfindən aparılan axtarışlar müsbət nəticə verməyib.

Alpinistlər yola düşəndən bir qədər sonra Şahdağ zirvəsində hava şərtləri dəyişib və qar yağmağa başlayıb.

Xınalıq sərhəd postunun sərhədçiləri hesab edirlər ki, dağda qar uçqunu baş verməyib. Ola bilsin, alpinistlər düşərgə quraraq havanın açılmasını gözləyirlər. Hal-hazırda qar yağmır, sözügedən rayonda isə telefon əlaqəsi yoxdur.

Hələlik axtarış qrupu itkin düşənlərin izinə belə rast gəlməyib. Əldə olunan məlumata görə, alpinistlər Xınalıqda deyil, Şahdağ ərazisində itkin düşüblər.

Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirlər.

383
Teqlər:
Şahdağ, Sputnik Azərbaycan, daxili işlər orqanları, alpinist, DİN, itkin, Daxili İşlər Nazirliyi
Mövzu:
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)
Əlaqədar
İtkin düşmüş alpinistlərin başına nə gəlib - Son xəbər
Tufandağda itkin düşmüş alpinistlər axtarılır
Azərbaycanda alpinizmin inkişafı üzrə konsepsiya hazırlanır
45 il əvvəl Alp dağlarında itkin düşən iki alpinist tapılıb