Qar

İtkin düşmüş alpinistlərin başına gəlib - Son xəbər

5728
(Yenilənib 18:12 27.12.2017)
Xilasedicilər onların 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirlər

BAKI, 27 dekabr — Sputnik. Axtarış qrupu dekabrın 23-də Şahdağın zirvəsində itkin düşmüş 3 alpinistin axtarışlarını davam etdirir. Mütəxəssislər əmindirlər ki, dağlarda qar sürüşməsi baş verməyib. Bu barədə Sputnik Azərbaycan-a Xınalıq sərhəd postundan məlumat verilib.

Hələlik Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri və sərhədçilər qrupu tərəfindən aparılan axtarışlar müsbət nəticə verməyib. "Hava və ekstremal idman növləri üzrə "Gilavar — Air&Extreme Sports Club"un üzvləri itkin düşüb. Onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ zirvəsi istiqamətində hərəkət ediblər" — deyə sərhədçilər bildiriblər.

"Dekabrın 26-da qayıtmalı idilər. Məsələ ondadır ki, onlar yolda olarkən Şahdağ zirvəsində hava şərtləri dəyişib və qar yağmağa başlayıb. Biz düşünmürük ki, qar uçqunu baş verib. Çox ümid edirik ki, bu baş verməyib. Ola bilsin, uşaqlar düşərgə quraraq havanın açılmasını gözləyirlər. Hal-hazırda qar yağmır" — postdan əlavə edilib.

Axtarılan alpinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir. Sputnik Azərbaycan-ın müsahibinin sözlərinə görə, sərhəd postuna belə bir məlumat daxil olub ki, alpinistlərdən biri 7 min metr yüksəkliyi fəth edib.

Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirlər.

Hazırda sözügedən rayonda telefon əlaqəsi yoxdur. Hələlik axtarış qrupu itkin düşənlərin izinə belə rast gəlməyib. Əldə olunan məlumata görə, alpinistlər Xınalıqda deyil, Şahdağ ərazisində itkin düşüblər.

5728
Teqlər:
Tufandağ, Şahdağ, qar uçqunu, Sputnik Azərbaycan, alpinist, axtarış, Fövqəladə Hallar Nazirliyi, qrup
Mövzu:
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)
Əlaqədar
Tufandağda itkin düşmüş alpinistlər axtarılır
Azərbaycanda alpinizmin inkişafı üzrə konsepsiya hazırlanır
45 il əvvəl Alp dağlarında itkin düşən iki alpinist tapılıb
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

14
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

14
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

18
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

18
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm yoluxma rekord həddə çatdı

0
34 nəfər COVID-19-dan vəfat edib. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda koronavirusa (COVID-19) 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 34 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 31999 nəfərdir. Ölkədə son sutka ərzində 14358, hazırkı dövrədək isə 1631597 test aparılıb.

Ümumi ölənlərin sayı 1194 nəfərdir. Ümumi yoluxanların sayı 98927 nəfər, ümumi sağalanların sayı 65734 nəfərdir.

0
Teqlər:
rekord, ölənlər, yoluxma, Koronavirus, COVID-19, epidemiya, Azərbaycan
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər