Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki rayonumuzda naməlum uçan obyektlər peyda olub - VİDEO

© Sputnik / Maks Vetrov / Mediabanka keçidKülək, arxiv şəkli
Külək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Videodakı ağ işıq hər hansı ölkənin fəzaya buraxdığı peyk də ola bilər"

BAKI, 27 dekabr — Sputnik. Kürdəmir rayonunda səmada peyda olan ağ işıq görənləri təəccübləndirib. Sputnik Azərbaycan "Xəzər" TV-yə istinadən xəbər verir ki, videoda getdikcə böyüyən ağ işığın həm də hərəkət etdiyi məlum olub. Daha sonra isə goruntülərdəki ağ rəngli naməlum obyekt qəfil yoxa çıxıb. Görüntülər bu gün səhər saat 07:30 radələrində lentə alınıb.

Daha bir bənzər görüntü Bakı şəhərinin Qaradağ rayonunda qeydə alınıb. Paytaxt sakini Firdovsi Nofəlov həmin naməlum obyektin görüntüsünü çəkə bilib.

Şamaxı Astrofizika Rəsədxanasından isə bildiriblər ki, görüntülərin yadplanetlilərə aid olması ehtimalı yoxdur: "Videodakı ağ işıq hər hansı bir ölkənin fəzaya buraxdığı peyk də ola bilər".

Xəbər lenti
0