Tufandağ

Tufandağda itkin düşmüş alpinistlər axtarılır

538
(Yenilənib 18:11 27.12.2017)
Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub

BAKI, 27 dekabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşmüş alpinistlərin axtarışına başlayıb. Bu barədə Sputnik Azərbaycan-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 26 dekabr 2017-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.

Məlumat aidiyyatı qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Gilavar" klubunun üzvü olan 3 alpinist yoxa çıxıb. Klubdan verilən məlumata görə, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.

Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.

Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

538
Teqlər:
"Gilavar" hava və ekstrim idman klubu, dağ, alpinist, FHN, itkin, Fövqəladə Hallar Nazirliyi
Mövzu:
Tufandağda itkin düşən alpinistlərin axtarışı (12)
Əlaqədar
Azərbaycanda alpinizmin inkişafı üzrə konsepsiya hazırlanır
45 il əvvəl Alp dağlarında itkin düşən iki alpinist tapılıb