Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balakən postunda əməliyyat

© Photo : DGK Mətbuat XidmətiGəncə Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələr aşkar edib
Gəncə Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələr aşkar edib - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 26 dekabr — Sputnik. Ölkəyə pirotexniki vasitə gətirmək istəyən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kia Sorento" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Gömrük baxışı zamanı avtomobildən gömrük orqanına bəyan olunmayan 899 ədəd müxtəlif markalı pirotexniki vasitələr — petardalar və fişənglər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0