Qasırğa, arxiv şəkli

Qasırğa qurbanlarının sayı 240-a çatıb

24
(Yenilənib 10:40 26.12.2017)
Bundan əvvəl ölənlərin sayının 200 nəfər olduğu bildirilirdi

BAKI, 26 dekabr — Sputnik. Filippində "Tembin" qasırğası nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı azı 240 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, 100-dən çox insan itkin düşmüş hesab edilir.

Teleşirkətin məlumatına görə, hazırkı vaxta qədər qasırğa təqribən 75 min filippinlini evsiz qoyub. Təbii fəlakət infrastruktur və düyü sahələrinə ciddi ziyan vurub.

Bundan əvvəl ölənlərin sayının 200 nəfər olduğu bildirilirdi.

24