Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Onları görənlərdən xahiş olunur ki...

© Sputnik / Rahim MuradovAstara Rayon Polis Şöbəsi
Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlilabadda iki məktəbli itkin düşüb

BAKI, 22 dekabr — Sputnik. Cəlilabadda məktəbli uşaqlar itkin düşüb. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib. Onları görənlərdən xahiş olunur ki, dərhal polisə məlumat versinlər.

Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləridir.

© Photo : REPORTİsmayıl Əmənov
İsmayıl Əmənov - Sputnik Azərbaycan
İsmayıl Əmənov

Xəbər lenti
0