Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tanınmış şəxsin qardaşı həbs olundu

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Eldar İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb

BAKI, 22 dekabr — Sputnik. Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, E.İsmayılov oğurluqda şübhəli bilinir.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Eldar İsmayılovun “Audi“ markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.

Bundan başqa, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.İsmayılov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində 9 avtomobildən ehtiyat hissələri oğurlayıb.

Qeyd edək ki, 42 yaşlı Əli İsmayılov boksçu karyerasını bir neçə il əvvəl başa vurub.

Xəbər lenti
0