Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi bomba xəbəri barədə açıqlama yaydı

158
(Yenilənib 15:20 21.12.2017)
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub

BAKI, 21 dekabr — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

158
Teqlər:
FHN, Fövqəladə Hallar Nazirliyi, Bakı Dəmir Yolu Vağzalı, DİN, Daxili İşlər Nazirliyi
Əlaqədar
FHN vağzalda işini yekunlaşdırmaq üzrədir - SON DƏQİQƏ
"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama
Bakı vağzalına bomba qoyulması xəbəri yayıldı, əhali təxliyə edildi