“Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olunub

"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama

234
(Yenilənib 14:31 21.12.2017)
Sevinc Qədirova: "Məlumat daxil oldu ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub"

BAKI, 21 dekabr — Sputnik. "Ərazidə axtarışlar davam edir. Hələlik heç nə tapılmayıb". Bunu Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

"Saat 12.00-da məlumat mərkəzinə məlumat daxil olub ki, vağzal ərazisindəki restoranlardan birinə bomba qoyulub. Guya, bomba "Pitsa Hot" restoranına qoyulub. Dərhal ərazi qapadılıb. Axtarış aparılır. FHN əməkdaşları axtarışa cəlb edilib" — deyə Qədirova bildirib.

Xatırladaq ki, Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub. Vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.

234
Teqlər:
vağzal, Sevinc Qədirova, ərazi, "Azərbaycan Dəmir Yolları" QSC, bomba, məlumat
Mövzu:
Bakı Dəmiryolu Vağzalında bomba həyəcanı (4)
Əlaqədar
Bakı bomba üzərində: O müdhiş hadisə baş verərsə...
Paytaxtda daha bir bomba həyəcanı
Yaşayış massivində bomba: Yasamal sakinləri təşvişdə
Stadionda 50 kiloqram ağırlığında bomba tapıldı
Paytaxtda "bomba" həyəcanı: 20 mindən artıq adam təxliyə olundu