Azercell-in baş ofisi

"Azercell"in rəhbərinə qarşı şok addım

1301
(Yenilənib 12:05 21.12.2017)
Bəxtiyar Hacıyev "Azercell"in rəhbərliyinə 18 ədəd "prezervativ" göndərib

BAKI, 21 dekabr — Sputnik. İctimai fəal Bəxtiyar Hacıyev "Azercell" şirkətinin rəhbərliyinə qarşı qeyri-adi etiraz edib. Sputnik Azərbaycan xəbər verir ki, Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında bu haqda məlumat verib.

"Azercell" şirkətinin rəhbərliyinə Yeni il hədiyyəsi göndərdim — 18 ədəd Çin istehsalı qoruyucu. Hədiyyə çatana qədər, "Azercell" müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər" — o yazıb.

"Bütün Avropada ortalama 1.5 AZN-lik tarifləri olduğu halda, Belçikada vahid tarif etməyərək, 18 AZN-lik saziş imzalayaraq, zəng çatmayan nömrəyə zəng cəhdinə 18 AZN çıxdıqlarına görə, "Azercell"-in prezidenti Vahid Mürsəlova 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm" — Hacıyev əlavə edib.

1301
Teqlər:
qoruyucu, 18, "Azercell" şirkəti, Bəxtiyar Hacıyev, Çin
Əlaqədar
Azərbaycanda mobil operator abonentlərinə xəbərdarlıq edir
İsmayıloğlu: “Mobil operatorlar təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər”
Mobil operator abunəçiləri xəbərdar etdi
Mobil operator millət vəkilinin ittihamına cavab verdi
Mobil telefon istifadəçiləri təhlükədədirlər
 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi VİDEO

20
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri əməliyyatla bağlı birgə məlumat yayıblar.

BAKI, 11 iyul – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. 

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri bununla bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

20
Надпись Уджар, фото из архива

Prokurorluq Ucarda balta ilə törədilən qətl barədə açıqlama yaydı

20
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 11 iyul – Sputnik. Ucarda baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ucar rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

20
Əlaqədar
Qohumlar arasında dava qətllə bitdi: İki qardaş əmilərini balta ilə öldürdülər
Qızıl maska, arxiv şəkli

Pandemiyadan belə qazanmaq olar: brilyantlarla bəzədilmiş qoruyucu maskalar satılır

0
(Yenilənib 20:29 11.07.2020)
Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maskanın qiyməti 1995 dollardır. Digər bir maskanın dəyəri isə 5322 dollar təşkil edir.

BAKI, 11 iyul — Sputnik. Hindistanın Surat şəhərində (Qucarat ştatı) zərgərlik mağazası koronavirus pandemiyası fonunda brilyantlarla bəzədilmiş qoruyucu maskalar satır.

Sputnik Azərbaycan yerli ANI agentliyinə istinadən xəbər verir ki, maskaların qiyməti iki-beş min dollar arasında dəyişir.

Mağazanın sahibi Dipak Çoksi agentliyə bildirib ki, maskaları brilyantlarla bəzəmək ideyası karantindən sonra toyu keçiriləcək şəxsin mağazaya gəlməsindən sonra yaranıb. Müştəri gəlin və bəy üçün "unikal" maskalar hazırlamağı xahiş edib.

"Dizaynerlərimizə maskaları hazırlamağı tapşırdıq. Həmin müştəri onları satın aldı. Bundan sonra biz belə maskaların geniş çeşidini istehsal etdik. Sarı qızıl və Amerika brilyantları ilə bəzədilmiş maska var. Onun qiyməti 150 min rupidir (1995 dollar). Digər bir maska ağ qızıl və əsl brilyantlardan hazırlanır. Onun dəyəri 400 min rupi (5322 dollar) təşkil edir", - Dipak Çoksi bildirib.

​Onun sözlərinə görə, bu maskaların əsasını təşkil edən parça qoruyucu məhsulların istehsalı üçün normalara uyğun gəlir. Maskalarda istifadə olunan brilyantlar və qızıl müştərinin istəyinə uyğun olaraq çıxarıla və onlardan digər bəzək əşyaları istehsal edə bilər.

Mağazanın qadın müştərilərindən biri toy üçün adi bəzək əşyaları deyil, məhz brilyantlarla bəzədilmiş maskanı almağa üstünlük verib.

"Mən qərar verdim ki, onu alım, çünki paltarıma uyğun gəlir", - müştəri əlavə edib.

0