Qadına qarşı şiddət

Bu dəfə Gəncə sarsıdıcı ailə faciəsinə səhnə oldu

3892
(Yenilənib 15:07 20.12.2017)
Arvadının ata evinə qayıtmasını təhqir sayan kişi qadını bıçaqlayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. Gəncədə cavan oğlan keçmiş arvadını öldürməyə cəhd edib. Bu barədə Sputnik Azərbaycan-a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, ötən gün Gəncənin Nizami rayonu ərazisində yerləşən "Əminə" supermarketində yerli sakin, 1993-cü il təvəllüdlü Qurbanəlizadə Elsevər Eldəniz oğlu keçmiş arvadı, 18 yaşlı Quliyeva Sevinc Telman qızına çoxsaylı bıçaq zərbələri vurub. Sevinc Quliyeva adıçəkilən marketdə işləyirmiş.

Qurbanzadə saxlanılıb, zərərçəkmiş isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 29-cu (cinayət törətməyə cəhd) və 120-ci (qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Quliyevanı həddi-buluğa çatmamış ərə veriblər. Valideynləri onu bu nikaha məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.

Qurbanəlizadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb. Qurbanəlizadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, erkən nikahlar bu region üçün adi haldır. Hüquq mühafizəçiləri erkən nikahlara yol verməmək üçün əhali arasında maarifləndirmə işləri aparmağa məcbur olub.

"Biz bununla profilaktik iş aparırıq ki, erkən nikahlara yol verilməsin. Çünki məhz belə düşünülmədən qurulan ailələrdə tez-tez problemlər yaranır və məişət cinayətləri üçün zəmin hazırlanır" — deyə polisdən Sputnik Azərbaycan-a bildiriblər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda nikah yaşına çatmamış baş tutan evliliklər cinayət məsuliyyəti yaradır. Əgər Quliyevanın valideynlərinin günahı sübuta yetirilsə, onlar cəzalandırılacaqlar.

3892
Teqlər:
Quliyeva Sevinc Telman qızı, Qurbanəlizadə Elsevər Eldəniz oğlu, bıçaq, arvad, ər, oğlan, Sputnik Azərbaycan, market, Gəncə, qadın, nikah
Əlaqədar
Bakıda kişi üstündə dava: qadın ərinin sevgilisinə altı bıçaq zərbəsi vurdu
Abşeronlu gəncə on iki bıçaq vuruldu
Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı
Bakıda 45 yaşlıları bıçaqdan keçirdilər
Bunu da gördük: Bibi qardaşı oğlunu bıçaqladı
Bakıda qanlı gecə: 3 nəfər bıçaqlandı, birinin boğazını kəsmək istədilər
Ov tüfəngi

Qazax səhəri atəş səsi ilə açdı Bu dəfə ər arvadını güllələyib

16
(Yenilənib 10:06 04.08.2020)
Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKI, 4 iyul – Sputnik. Qazax rayonunda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Belə ki, 49 yaşlı Osmanlı Ayaz Kərəm oğlu həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güllələyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Artıq Osmanlı Ayaz polis tərəfindən saxlanılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

16

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

9
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

9
Termometr, arxiv şəkli

Pnevmoniya, qrip, zökəm infeksiyalardan qorunmaq üçün ...

0
Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

BAKI, 4 avqust — Sputnik. Ekspertlərin fikrincə, D vitamini sağlamlıq üçün çox əhəmiyyətlidir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, D vitamini orqanizmin müdafiə sistemi ilə əlaqəlidir.

Həkimlərin fikrincə, D vitamini çatışmazlığı çox zaman qəbul edilməyən və ya stressin, yorğunluğun əlaməti kimi qəbul edilən əlamətlərlə özünü göstərir.

D vitamini çatışmazlığının əsas əlamətlərindən biri sümüklərin ağrıması, oynaqlarda iltihabi proseslərin yaranmasıdır.

Eyni zamanda D vitamni çatışmazlığı zamanı qrip, pnevmoniya, zökəm və digər infeksiyalara yoluxma riski artmış olur.

D vitamni çatışmazlığının digər əlamətləri daimi yorğunluq hissi, depressiv əhval, yaraların gec sağalması, əzələlərdə ağrı, saçın tökülməsi və s. var.

Mütəxəssislərin fikrincə, tələb edilən qədər vitamin almaq çox asandır.

Məsələn, qida rasionuna dəniz məhsulları, göbələk, yumurta və pendir daxil etməklə D vitamini qəbul etmək mümkündür.

Eyni zamanda açıq havada idmanla məşğul olmaq da faydalıdır.

Mütəxəssislər vitaminləri və digər dərman vasitələrini qəbul edərkən həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

0