Gəncə Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələr aşkar edib

Azərbaycana "yeni il sürprizi" gətirən iki şübhəli avtomobil saxlanılıb

293
(Yenilənib 12:41 19.12.2017)
Hər iki faktla bağlı araşdırma aparılır

BAKI, 19 dekabr — Sputnik. Yeni ilin gəlməsi ilə əlaqədar pirotexniki vasitələrin ölkəyə gətirilmə cəhdləri artıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış zamanı, nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.

Gəncə Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələr aşkar edib
© Photo : DGK Mətbuat Xidməti
Gəncə Gömrük İdarəsinin əməkdaşları külli miqdarda pirotexniki vasitələr aşkar edib

Bundan əlavə, Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qayadaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən, şöbənin əməkdaşları tərəfindən "Volkswagen Bora" markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb və Gəncə Gömrük İdarəsinin inzibati binasnın həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin ön buferininin altından, qabaq sol qapısının və yük yerində olan ehtiyat təkərin içərisindən üzərində "Petards K0201" sözləri yazılan 390 qutu, üzərində "Super Triangulos HF 606" sözləri yazılan 200 ədəd, üzərində "Black Devil Mega" sözləri yazılan 175 ədəd və üzərində "Zolja" sözləri yazılan 40 ədəd pirotexniki vasitə aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

293
Teqlər:
pirotexniki vasitələr, yeni il, nəqliyyat vasitəsi, gömrük, Azərbaycan, avtomobil
Əlaqədar
Minsk qrupunun görüşü gedərkən Xankəndində pirotexnika partladıblar
Azərbaycanlı gəncin düzəltdiyi partlayıcı qurğu əlində partladı
Polisin əməliyyatında 157 ton partlayıcı maddə aşkar olundu
Türkiyədə içində partlayıcı olan 3 avtomobil zərərsizləşdirilib
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Mülki əhalimizə atəş açılır: Tərtərdə iki qardaş həlak oldu, 2 nəfər isə yaralandı

107
(Yenilənib 21:10 28.09.2020)
Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olublar.

BAKI, 28 sentyabr - Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər. 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

107
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

216
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

216

Ermənistan qoşunları dinc azərbaycanlıları atəşə tutur FOTOFAKTLAR

48
(Yenilənib 22:57 28.09.2020)
Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir.

Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini top atəşinə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkir, infrastruktur məhv edilir. Bunun təsdiqini Sputnik Azərbaycan-ın fotolentində görə bilirsiniz.

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Sputnik Azərbaycan-ın müxbiri Ağdam rayonunun Çıraqlı kəndində bunun şahidi olub və hətta özü də atəşə məruz qalıb.

Mərmilər yerli sakinlərin evlərini dağıdıb, yaralılar var, ev heyvanları tələf olub. Ermənistan silahlı qüvvələrinin mərmiləri kənd yolunun bir hissəsini də dağıdıb.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

48
  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində tələf olan heyvanlar

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan yol

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

  • © Sputnik / Ibrahim Hashimov.

    Ağdam rayonunun Çıraqlı kəndində erməni silahlı qüvvələrinin açdıqları atəşin nəticəsi