Gənc qadın, arxiv şəkli

Bacı-qardaş elə əməl törətdi ki...

1928
(Yenilənib 12:53 18.12.2017)
Faktla bağlı araşdırma aparılır

BAKI, 18 dekabr — Sputnik. Narkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır. Bu ilin cari dövrü ərzində 55 belə fakt aşkar edilib. Məlumata görə, istər İran, istərsə də Azərbaycan vətəndaşları arasında təsadüf olunan belə hallara təəssüf ki, təkcə kişilər yox, qadınlar da yol verir.

"Acınacaqlı hal isə narkotik qaçaqmalçılığında birgə fəaliyyət göstərən ailə üzvlərinin — ər və arvadın, qardaş və bacının öz aralarında razılaşaraq, yaxud biri digərini təhrik edərək narkotik vasitələri daxili orqanlarında gizlətməsidir" — deyə DGK vurğulayır.

Komitə bir faktı da diqqətə çatdırır: "Bü günlərdə Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, buna bənzər daha bir fakt qeydə alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşları — bacı və qardaş olan Səmədovlar saxlanılıb. İdarənin Sərnişin şöbəsində şəxsi yoxlama zamanı vətəndaş Səmədovanın alt geyimində bir ədəd bağlamada, xalis çəkisi 132,615 qram olan heroin aşkar edilib. Vətəndaş Səmədovun daxili orqanlarının tibbi müayinəsi nəticəsində isə onun düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 171,919 qram olan heroin aşkar edilib".

1928
Teqlər:
narkotik qaçaqmalçılığı, DGK, bacı, qardaş, Dövlət Gömrük Komitəsi, məlumat
Əlaqədar
İş adamı narkoman oğlunu öldürdü
Narkotikə görə ələ keçdi, başqa cinayəti də üzə çıxdı
İran sərhədindən başlayan narkotik əməliyyatı paytaxtadək uzanıb
Bakıda böyük əməliyyat: 6 kiloqram narkotik tutuldu
Sərhəddə yoxlanıldı, qarnında "narkotik anbarı" tapıldı
Azərbaycanda uşaqların sevdiyi şokoladın içində narkotik aşkarlanıb?
 Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları

Fermerlərə ayrılan subsidiyaları mənimsəyənlər həbs edildi VİDEO

121
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri əməliyyatla bağlı birgə məlumat yayıblar.

BAKI, 11 iyul – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. 

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətləri bununla bağlı birgə məlumat yayıblar.

Məlumata əsasən, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.

Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.

İlkin araşdırmalarla, həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində Respublikanın ayrı-ayrı bölgəsindən 2000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı  pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.

Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

121
Надпись Уджар, фото из архива

Prokurorluq Ucarda balta ilə törədilən qətl barədə açıqlama yaydı

22
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 11 iyul – Sputnik. Ucarda baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ucar rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxanasında ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

22
Əlaqədar
Qohumlar arasında dava qətllə bitdi: İki qardaş əmilərini balta ilə öldürdülər
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0