Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda avtomobil ana və övladını vurub, uşaq ölüb

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

BAKI, 16 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi Bakıda ana və övladının avtomobil tərəfindən vurulması haqda rəsmi məlumat yayıb. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, dekabrın 15-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Rauf Kamilov idarə etdiyi “Ford” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Cəmilə Hüseynovanı və onun 8 yaşlı oğlu Mehrac Fərəcovu vurub.

Nəticədə uşaq hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən anasına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Xəbər lenti
0