Qətl

Daha bir rayonumuzda amansız qətl

521
(Yenilənib 13:11 14.12.2017)
İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib

BAKI, 14 dekabr — Sputnik. Bu gün səhər saatlarında Ağdaşda qətl hadisəsi baş verib. Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisə Ağdaş şəhəri Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb. 17 yaşlı bir oğlan ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

"Report"un əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs Ağdaş rayon Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ətraf Nəsib oğlu Nəsibovdur. Onu şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev bıçaqlayaraq qətlə yetirib.

İkin məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, qətlə yetirilən Ə.Nəsibov hadisəni törədən şəxsin bacısının arxasınca gedib. Qızın bundan xəbər tutan qardaşı T.Hacıyev Ə.Nəsibovu söhbət etmək üçün çağırıb və öldürüb.

Hadisəni törədən şəxs sonra qaçıb. Hazırda hüquq mühafizə orqanları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi açılıb.

521
Teqlər:
Tərlan Fikrət oğlu Hacıyev, Ətraf Nəsib oğlu Nəsibov, Ağdaş, qətl
Əlaqədar
Türkiyədə azərbaycanlı amansızcasına qətlə yetirildi
Neftçi neftçini qətlə yetirib
Bakıda qısqanclıq zəminində dəhşətli qətl baş verdi
Salyandakı dəhşətli qətlləri törədəndən yeni xəbər var
Rostovlu "amazonka" silsilə qətllərə azərbaycanlı ərini öldürməklə başlayıb
Bıçaq əlində qadın, arxiv şəkil

Bacılar arasında bıçaqlaşma baş verib - Lənkəranda

74
(Yenilənib 17:34 18.04.2021)
1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

BAKI, 18 aprel - Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.

Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

74

Samuxda reyddə 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

471
(Yenilənib 08:33 18.04.2021)
Reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

BAKI, 18 aprel - Sputnik. Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

471
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0