Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir jurnalistimiz dünyasını dəyişdi

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, xəstəxanaya yerləşdirilib və orada keçinib

BAKI, 13 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan nazirliyin rəsmi xəbərinə istinadən bildirir ki, hadisə dekabrın 11-i saat 23 radələrində Səbail rayonunun A.Quliyev küçəsində baş verib.

Bakı şəhər sakini İlqar Quliyev idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən paytaxt sakini Sabit Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 12-də orada ölüb. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası) "Təzadlar" qəzetinin əməkdaşı, jurnalist olub.

Xəbər lenti
0