Müğənni Fədayə Laçın

Fədayə Laçından xəbər var

437
(Yenilənib 11:12 13.12.2017)
Bu gün onun həbsdən buraxılıb-buraxılmaması məsələsinə baxılacaq

BAKI, 13 dekabr — Sputnik. "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və kriminal aləmin üzvü olan Əli Ağamini konvoyun müşayiəti altından qaçırmağa kömək etməkdə ittiham olunaraq həbs edilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edilib. Sputnik Azərbaycan "Yeni Musavat"a istinadla xəbər verir ki, işə bu gün Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bir qədər əvvəl mətbuata açıqlamasında demişdi ki, qətimkan tədbirinin dəyişdirilməsi mümkündür: "Qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər".

"Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətimkan tədbiri seçilib. Bu, ciddi qətimkan tədbiri hesab olunur. Qətimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsi ilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər" — Nuriyev bildirib.

Hüquqşünasın sözlərinə görə, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilərlər: "Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqda qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu, baş verəcək, yoxsa yox, söyləmək çətindir".

Fond rəhbəri əlavə edib ki, qətimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər: "Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqda həbs-qətimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür".

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Ağami Şirvan şəhərində həbs edilib, "Qoca"nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.

437
Teqlər:
"Qoca" ləqəbli avtoritet, Əli Ağami, Etibar Məmmədov, Fədayə Laçın, hüquqşünas, hökm, "Konstitusiya" Araşdırmalar Fondu, Əliməmməd Nuriyev, müğənni, həbs qətimkan tədbiri, məhkəmə
Əlaqədar
Fədayə kimi ola bilməyənlərin rəzaləti
Fədayə Laçından "Qoca"nın ölümünə ilk reaksiya
Fədayə Laçının sevgilisi "Qoca" ilə videosu yayıldı
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu
Çingiz Rəsulzadə, arxiv şəkli

Azərbaycanlı rejissor bağ evində vəfat edib

944
(Yenilənib 14:57 22.06.2021)
İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

BAKI, 22 iyun — Sputnik. Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib. İcraçı direktorun sözlərinə görə, mərhum bağ evlərində tək evində yaşayırmış. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.

O, Ç.Rəsulzadənin bu gün Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcəyini deyib.

Məlumat üçün bildirək ki, Ç.Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifi, o cümlədən "Kuklalar" (2009) filminin quruluşçu rejissorudur.

944
Bakıda tozlu hava, arxiv şəkli

Havada toz dumanı qədər vaxta qədər davam edəcək? Rəsmi

9
(Yenilənib 13:48 22.06.2021)
Artıq üçüncü gündür ki, havada toz dumanı müşahidə olunur. Bu havanın həftə sonuna qədər davam edəcəyi açıqlanıb.

BAKI, 22 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb.

Qeyd edək ki, iyunun 20-i səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti belə tozlu havanın iki gün ərzində davam edəcəyinin gözlənildiyini açıqlamışdı.

9
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur”

0
(Yenilənib 16:46 22.06.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır
Vüsal Qasımlı: “Yeni format iqtisadi baxımdan böyük potensial vəd edir”

““3+3” formatı ölkələrinin kəsişmə coğrafiyası Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir: “Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və “3+3” formatına əsaslar yaradıb.  “3+3” formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir: Bu miqyaslar onu göstərir ki, yeni format təkcə siyasi və təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan böyük potensial vəd edir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya İttifaqı bazarlarına oriyentasiya götürüblər, amma regional identiklik zəifdir. Hansı ki, regional ticarətin inkişafı da iqtisadi artım üçün əsaslar yarada bilər. Rusiya hər üç Cənubi Qafqaz ölkəsi üçün əsas ticarət partnyorudur, Gürcüstan və Azərbaycan üçün ikinci ən böyük ticarət partnyoru Türkiyədir. “3+3” formatı təkcə Cənubi Qafqazda regional ticarətə deyil, həm də Türkiyə, Rusiya və İranın da öz aralarında ticarət həcminə təsir göstərə bilər”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

0