Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı metrosunda qorxulu anlar

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
Qatardan düşən sərnişin digər xəttin stansiya yoluna yıxılıb

BAKI, 12 dekabr — Sputnik. Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. Bu haqda Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.

O bildirib ki, "Həzi Aslanov" — "Dərnəgül" xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb: "Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Oqtay Paşayev başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib".

Xəbər lenti
0