Охотничья винтовка типа Винчестер, архивное фото

Bakıda qısqanclıq zəminində dəhşətli qətl baş verdi

246
(Yenilənib 11:02 12.12.2017)
Bakıda qayınata ərinə xəyanət edən gəlinini başından güllələyərək öldürüb

BAKI, 12 dekabr — Sputnik. Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan bildirir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A.Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən M.A.-nın qayınatası gəlinini qoşalülə tüfəng ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

246