Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhəri güllələnmə xəbəri ilə açdıq

© pixabay / jasongillmanДым из двуствольного охотничьего ружья
Дым из двуствольного охотничьего ружья - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakini bacısının ərini və qayınatasını güllələyib

BAKI, 11 dekabr — Sputnik. Bakıda güllələnmə hadisəsi baş verib. Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Vüsal Tufan oğlu Tanrıverdiyev Ramanı qəsəbəsində bacısının həyat yoldaşının yaşadığı evə gəlib. V.Tanrıverdiyev həmin evdə yeznəsi Anar Vaqif oğlu Rəsulov və onun atası Vaqif Rəsulova ov tüfəngi ilə atəş açaraq onları öldürməyə cəhd edib.

Hadisə nəticəsində ata və oğul güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0