BAKI, 9 dekabr — Sputnik. Bakıda yol qəzası baş verib.
Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı avtobus toqquşub.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, toqquşma nəticəsində yük avtomobilində olan bir nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.