Əliyevlərin yaşadığı ev

Ata-oğul cinayətinin ağılasığmaz səbəbi: Ailədəki qadınları ona görə öldürüblər ki...

24614
(Yenilənib 16:34 08.12.2017)
Dəhşətli əməl törətmiş Salyan sakininin cavabı hamını şoka salıb

BAKI, 8 dekabr — Sputnik. Salyanda həyat yoldaşını və dörd qızını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Əliyev bu dəhşətli cinayəti törətməsinin səbəbini istintaqa açıqlayıb. Bu barədə Sputnik Azərbaycan-a Salyan rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl də xəbər verdiyimiz kimi, dekabrın 6-da Salyanda üç il səkkiz ay əvvəl baş vermiş cinayətin üstü açılıb. Belə ki, 2014-cü ilin martında 1961-ci il təvəllüdlü Mehparə Əliyeva və onun dörd qızı — İradə (1985), Sevda (1987), Ümidə (1991) və Rəqibə (1998) Əliyevalar itkin düşüb.

Bu ilin dekabrın 6-da isə məlum olub ki, onları ailə başçısı və ailənin oğlu xüsusi amansızlıqla qətlə yetirib. Faktla bağlı saxlanılmış 1954-cü il təvəllüdlü Fərhad Əliyevə əməliyyat-istintaq qrupunun üzvləri sual veriblər: "Siz niyə onları öldürmüsünüz?"

Kişinin cavabı hamını şoka salıb. O bəyan edib ki, xanımların ona münasibətindən razı qalmayıb: "Onlar mənə ailə başçısı kimi hörmət eləmirdilər və məni görməyə gəlmirdilər, ona görə də onları öldürdüm".

Hüquq mühafizəçiləri qeyd ediblər ki, Fərhad Əliyevin həyat yoldaşını ətrafda hamı zəhmətkeş qadın kimi tanıyırmış. Ailə başçısı spirtli içkilərə qurşanıb ailəyə baxmırmış, qadın isə həddindən artıq çox işləyirmiş ki, uşaqlarını böyütsün və onların öz ayaqları üstündə durmasına kömək etsin.

"Ailə başçısı daim içirdi, heç yerdə işləmirdi və həmişə evdə dava-dalaş salırdı. Ona görə də, ailənin ona hörmət etməməsi təəccüblü deyildi" — deyə Salyan RPŞ-dən bildiriblər.

Fərhad Əliyev beş nəfəri təkbaşına necə öldürdüyünə də aydınlıq gətirib. Dediyinə görə, o və oğlu Fəqan Əliyev M.Əliyevanı və qızlarını tək-tək ayrı-ayrı otaqlara salıblar ki, onları öldürmək asan olsun.

Xatırladaq ki, 2014-cü ilin martında qadın və qızlarla bağlı axtarış elan edilib. Qonşuları və qohumları elə ehtimal ediblər ki, Mehparə Əliyeva və qızları içki düşkünü ailə başçısından uzaqda yaşamaq üçün Türkiyəyə gediblər.

Dörd ilə yaxın vaxt keçəndən sonra kişi polis idarəsinə gedərək törətdiyi əməli etiraf edib. Ata və oğul faktla bağlı saxlanılıb.

Onlar əvvəlcə qadınları dəmir çubuqlarla döyüblər, sonra bıçaqla boğazlarını kəsiblər. Cinayəti törətdikdən sonra isə cəsədləri adyala bükərək evin zirzəmisinə gətiriblər, orada çuxur qazaraq basdırıblar.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

24614
Teqlər:
Fəqan Əliyev, Mehparə Əliyeva, Fərhad Əliyev, oğul, Salyan, həyat yoldaşı, qətl, qız, cinayət, qadın
Əlaqədar
Salyandakı tükürpədici iddia təsdiqini tapdı, ata-oğul saxlanıldı
Salyandakı tükürpədici hadisənin təfərrüatı
Salyanda gecə təlaşı
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0