Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda inək üç nəfərin faciəli şəkildə ölümünə səbəb oldu

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidКоровы в частном фермерском хозяйстве
Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Abunə olmaq
DİN Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb

BAKI, 8 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumata görə, dekabrın 7-si saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.

Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus "KamAZ" markalı avtomobilə vurub. Nəticədə A.Novruzov və sərnişinlərindən — Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0