Heydər Əliyev Belnəlxalq Hava Limanı

Bakıda şübhəli İran vətəndaşı saxlanıldı

286
(Yenilənib 12:46 08.12.2017)
Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikası vətəndaşının çantasına baxış keçirilib

BAKI, 8 dekabr — Sputnik. Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o saxlanılıb. Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həb və ağ rəngli 4 ədəd həb aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 15 ədəd həbdə alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir.

Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkar edilən 8 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir. Sertralin (asentra) isə Azərbaycan Respublikasının ərazisində nəzarətdə olan maddələrin siyahısına daxil deyil.

Faktla bağlı araşdırma aparılır.

286
Teqlər:
çanta, dərman preparatları, gömrük, Dövlət Gömrük Komitəsi, vətəndaş, İran İslam Respublikası
Əlaqədar
Gömrükdə hamını heyrətləndirən hadisə baş verdi
Gömrükdə inanılmaz əməliyyat: 2,2 milyon manatlıq siqaret tutuldu
Gömrükdə aşkarlanan şübhəli qutunun içərisindən "zombi həbləri" çıxdı
Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
İlham Əliyev gömrüklə bağlı fərman verdi

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

4
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

4
Ətir, arxiv şəkli

Gözünə sıçrayan ətir qadının xəstəliyini üzə çıxardı

10
(Yenilənib 14:21 03.08.2020)
Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə qadının gözünü əməliyyatla götürməli olurlar.

BAKI, 3 avqust — Sputnik. Bir neçə il bundan əvvəl Böyük Britaniyanın Satton Kolfild şəhərinin sakini 56 yaşlı Kerol Pleyerin gözünə təsadüfən ətir tökülür və bu onun ömrünü uzadır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, gözünə ətir töküldükdən sonra qadın pis görməyə başlayır və o, buna görə həkimə gedir. Həkimlər müayinə zamanı qadının gözündə şişin (melanoma) olduğunu müəyyən edir. Ertəsi gün isə həkimlər qadının gözünü əməliyyatla götürməli olurlar. Həkimlər qadını əmin ediblər ki, onun uzun müddətli müalicəyə ehtiyacı yoxdur.

Ancaq 2019-cu ilin payızında Kerolun yenidən sağlamlığı ilə bağlı problemləri üzə çıxıb. Qadında yenidən onkoloji xəstəlik aşkar edilib. Onun qaraciyərinin bir hissəsini çıxarsalar da, xəstəlik aqressivləşməyə başlayıb. Hazırda onun yaxınları müalicə üçün pul yığır.

10