Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda baş verən dəhşətli qəzada üç nəfər öldü

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıtda "Kamaz" və "Mercedes"in toqquşması nəticəsində 3 nəfər ölüb

BAKI, 8 dekabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub. 

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt  Regional  Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti
0