Операция в клинике, фото из архива

Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişdi

2111
(Yenilənib 11:16 08.12.2017)
Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib

BAKI, 8 dekabr — Sputnik. Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırlır.

2111
Əlaqədar
İsveç 106 yaşlı xəstə mühacir qadını çölə atdı
Azyaşlı qıza qarşı zorakılıq etmiş xəstə yaxalandı
Xəstə təfəkkürlü insan indi də adını dəyişdi
Bunu etmək sizi xəstə edə bilər
FHN əməkdaşları yanğın yerində, arxiv şəkli

Bakıda yanğın baş verib, bir nəfər ölüb

10
Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

BAKI, 28 noyabr — Sputnik. Bakıda yanğın zamanı bir nəfər ölüb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

10
Teqlər:
Bakı, Bakıda yanğın, yanğın
Məlahət Mürşüdlü, arxiv şəkli

Tanınmış təhsil eksperti vəfat edib

10
Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mürşüdlü 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına töhfələr verib. Məlahət Mürşüdlü 1992-ci ildən 2015-ci ilədək Müsavat partiyasının üzvü olub, Məclis üzvü seçilib, "Azadlıq " blokunun vahid namizədi kimi 2005-ci ildə keçirilən parlament seçkilərində iştirak edib. Məlahət Mürşüdlü Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının yaradıcılarından biri, 2015-ci ildən Hərəkatın İdarə Heyətinin üzvü idi.

10
Teqlər:
Məlahət Mürşüdlü, "Azad Müəllimlər" Birliyinin sədri Məlahət Mürşüdlü
Oğuz meşələrində kəsilən qiymətli ağac növləri

"Bandotdel" meşədə əməliyyat keçirdi

0
Meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib.

BAKI, 28 noyabr — Sputnik. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinə qarşı uğurlu əməliyyat həyata keçirilib. DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Meşələrin İnkişafı Departamentinin əməkdaşlarından Oğuz rayonunun Filfilli, Xaçmaz və sair kəndlərinin ərazilərində yerləşən meşə zolaqlarında kütləvi şəkildə qanunsuz ağackəsmə əlamətlərinin müşahidə edilməsi barədə məlumat daxil olub. Hər iki qurumun əməkdaşları tərəfindən qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən kəndlərdə meşə zonaları nəzarətə götürülüb.

  • Oğuz meşələrində kəsilən qiymətli ağac növləri
    © AR Ministry of Internal Affairs
  • Oğuz meşələrində kəsilən qiymətli ağac növləri
    © AR Ministry of Internal Affairs
  • Saxlanılan şəxs Elşən Hüseynov
    © AR Ministry of Internal Affairs
  • Saxlanılan şəxs Etibar Muxtarov
    © AR Ministry of Internal Affairs
1 / 4
© AR Ministry of Internal Affairs
Oğuz meşələrində kəsilən qiymətli ağac növləri

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qısa zamanda müəyyən olunub ki, həmin meşələrdə qiymətli növ ağacların qanunsuz kəsilərək emal sexlərinə satışı Oğuz rayon sakinləri Elşən Hüseynov və əvvəllər məhkum olunmuş Ehtibar Muxtarov tərəfindən həyata keçirilib. Həmin şəxslər əməliyyat nəticəsində saxlanılaraq Baş İdarəyə gətiriliblər.

Elşən Hüseynov və Ehtibar Muxtarov tərəfindən qanunsuz olaraq kəsilmiş ağaclar, onların oduncaqlarının yeri və digər ləvazimatlar maddi sübut kimi Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb. Ekspert rəyi ilə məlum olmuşdur ki, bu şəxslər qanunla qorunan meşə sahələrinə külli miqdarda maddi ziyan vurublar. Həmçinin araşdırma zamanı dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi məlum olub. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
meşə ərazisi, meşə sahəsi, meşə, Oğuz rayonu, Ekologiya və Təbii Sərvətlər Nazirlyi, ekologiya, Daxili İşlər Nazirliyi