Məmmədovların ailə qəbiristanlığı

Hacı Məmmədovun dəfn olunduğu yer niyə sirr saxlanılır?

709
(Yenilənib 14:41 06.12.2017)
Hacı Məmmədovun dəfn olunduğu yerin gizli saxlanmasının və o barədə mediaya yalan informasiyanın ötürülməsinin səbəbi nədir?

BAKI, 5 dekabr — Sputnik. Özünü asaraq öldürdüyü bildirilən 1 nömrəli qanqster, Daxili İşlər Nazirliyinin (DİN) Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədovun Yasamal qəbristanlığında dəfn edildiyi barədə məlumat doğru deyil.

Qeyd edək ki, Məmmədovun dekabrın 3-də axşam saat 6 radələrində AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış 3 saylı müalicə müəssisəsində intihar etdiyi bildirilib. Onun özünü mələfə ilə asdığı qeyd olunub. Ölümündən qabaq Məmmədov məktub yazaraq dəfələrlə intihara təşəbbüs göstərdiyini, ancaq hər dəfə də bunun qarşısının alındığını bildirib. O, qohumları və saxlandığı müəssisənin əməkdaşları qarşısında üzrxahlıq edib və kimsədən narazılığının olmadığını yazıb.

"Bu dəfə fürsət tapdım və bu dünyadan getmək qərarına gəldim, çünki artıq belə yaşaya bilmirəm. Qoy hamı məni bağışlasın" — deyə Məmmədovun son mıəktubunda bildirilib. 

Məlumatlara görə, Məmmədov vərəm və ağciyər xərçəngindən əziyyət çəkirmiş. Məmmədovun ölümü ilə bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (intihar həddinə çatdırma) ilə cinayət içi açılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı yerli KİV-lərin Hacı Məmmədovun Yasamal qəbristanlığında dəfn edildiyi barədə məlumatı əsasında Yasamal qəbiristanlığında olub. Lakin Əhaliyə Vətəndaş Xidməti Trestinin əməkdaşları bildiriblər ki, sözügedən qəbiristanlıqda həftənin ikinci günü dəfni planlaşdırılan mərhumlar arasında Hacı Məmmədovun adı yoxdur.

Qanqsterin cəsədi onun valideynlərinin dəfn edildiyi Abşeron rayonu Saray qəsəbəsindəki qəbiristanlıqda olan Məmmədovların ailə qəbiristanlığına da aparılmayıb.

  • Məmmədovların ailə qəbiristanlığı
    Məmmədovların ailə qəbiristanlığı
    © Sputnik / Murad Orujov
  • Ailə qəbiristanlığında Hacı Məmmədovun ana və atasının qəbirləri
    Ailə qəbiristanlığında Hacı Məmmədovun ana və atasının qəbirləri
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Məmmədovların ailə qəbiristanlığı

Məmmədovun qohumları onun dəfn olunduğu yeri gizli saxlayırlar. Onlar sabiq baş əməliyyat müvəkkilinin heç də az olmayan düşmənlərinin onun qəbrinə qarşı vandalizm aktı törədə biləcəklərindən ehtiyatlanırlar. Jurnalistlər gün ərzində qəsəbə qəbiristanlığında dəfn mərasimini işıqlandırmaq üçün növbə çəksələr də, ora gəlib-gedən olmayıb. Elə həmin vaxtlarda məlumat yayılıb ki, Məmmədovun nəşi artıq torpağa verilib. Lakin dəfn olunduğu yer göstərilməyib. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

Onunla birlikdə 13 nəfər, o cümlədən, Çeçenistan doğumlu Aslanbek Qantəmirov və Musa Dabuyev də həbs olunub. Hacı Məmmədovun qardaşı oğlu — Birləşmiş Universal Səhmdar Bankının İdarə Heyəti sədrinin müavini Elçin Əliyev saxlanıldığı vaxt özünü silahla vurmağa çalışsa da, əməliyyatçılar ona mane olublar. Lakin qruplaşma üzvlərindən biri bunu etməyə fürsət tapıb. Qruplaşma 10 il ərzində mövcud olub. Həmin dövrdə 17 nəfərin oğurlanmasını və 12 nəfərin qətlini həyata keçirib.

Cinayət şəbəkəsi xərac alma və ödəmələr hesabına 45 milyon ABŞ dolları əldə edib. Hacı Məmmədovun özü Kislovodskdakı "Köhnə Bakı" restoranının, Yessentukidəki prestijli istirahət mərkəzinin və Qusar rayonundakı "Qarabulaq" turizm bazasının sahibi olub. 

Ümumilikdə cinayət məsuliyyətinə qruplaşmanın 27 üzvü cəlb edilib. Hacı Məmmədov, Fərhad Məmmədbəyov, Eldar Rəhimov, Malik Məmmədov, Rusiya vətəndaşı Husayin Abdulvahabov, AR DİN Cinayət Axtarış Baş İdarəsinin sabiq rəisi Zakir Nəsirov, CABİ-nin şöbə rəisi Kamil Sədrəddinov əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Əmlakı müsadirə olunmadan ömürlük həbs cəzası isə Rusiya vətəndaşları Musa Dabiyev, Aslanbek Qantəmirov və Yağır Məmmədova verilib. Digər 13 nəfər 5 ildən 15 ilədək həbs cəzasına məhkum edilib.

Prezident İlham Əliyevin fərmanı ilə bu ilin mart ayında general Zakir Nəsirovun ömürlük həbs cəzası 15 illik cəza ilə əvəz edilib və o, cəzasının çəkilməmiş hissəsi bağışlanmaqla azadlığa buraxılıb.

709
Əlaqədar
Hacı Məmmədov dəfn olundu, amma harada?
“Meyiti versələr, sabah dəfn edəcəyik” - Hacı Məmmədovun bacısı danışdı
Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."
Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib