Sınmış avtomobil şüşəsi, arxiv şəkli

Bakıda dəhşətli qəza baş verdi: 5 nəfər öldü

116
(Yenilənib 10:02 06.12.2017)
Bakıda yük maşını minik avtomobili ilə toqquşub, 5 nəfər ölüb

BAKI, 5 dekabr — Sputnik. Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 

Faktla bağlı araşdırma başlayıb.

116