Məktub

Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."

1277
(Yenilənib 12:35 04.12.2017)
O, məktubunda qohumları və saxlandığı müəssisənin əməkdaşları qarşısında üzrxahlıq edib

BAKI, 4 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, onun meyitinə baxış keçirilən zaman üzərindən intihardan öncə yazdığı məktub tapılıb. O, məktubunda qohumları və saxlandığı müəssisənin əməkdaşları qarşısında üzrxahlıq edib və kimsədən narazılığının olmadığını bildirib.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb. İstintaq aparılır.

1277
Teqlər:
Ədliyyə Nazirliyi Penitensiar Xidməti, məktub, intihar
Əlaqədar
Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib
Hacı Məmmədov həbsxanada özünü müalicə edir
Türkiyədə qəzaya uğramış helikopter

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

43
(Yenilənib 10:06 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

43
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

14
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

14
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son bir ildə maksimum göstəriciyə çatdı

0
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 5 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidr.

"Brent" markalı neftin qiyməti 0,90 dollar artaraq 67,64 dollar, "Light" markalı neftin qiyməti isə 0,82 dollar bahalaşaraq 64,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
qiymət artımı, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj