Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan gömrüyündən gizlicə keçə bilmədi

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib

BAKI, 29 noyabr — Sputnik. Avtomobildə gizlədilən 70 ədəd mobil telefon aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Xəbər lenti
0