Xəstəxana, arxiv şəkli

Ağır qəzada xəsarət alanların adları bilindi

63
(Yenilənib 00:32 28.11.2017)
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 8 nəfərin adları məlum olub. Oğuz-Qəbələ yolunda, Zarağan kəndi ərazisində 90-NB-811 dövlət nömrə nişanlı "Toyota RAV4" markalı minik avtomobili ilə 66-BV-214 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin toqquşub.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində dünyasını dəyişib, "Toyota RAV4"ün sürücüsü, Bakı şəhər Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, Bakı sakinləri olan sərnişinləri, 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, "VAZ 2107"nin sərnişinləri, Qəbələ rayon sakinləri 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev, 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobilləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

63
Teqlər:
Qəza, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi rayonu, Zarağan kəndi, Mıxlıqovaq kəndi, Qəbələ rayonu
Əlaqədar
Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza
Mikroavtobus yük maşınına girdi, 15 nəfər öldü - Dəhşətli qəza
Rusiyada dəhşətli qəza: Binanın bir bloku çökdü
Bu qəza ölkənin turizm bölgəsinə gedən yolu bağlaya bilər
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

27
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

27
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

24
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

24
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp arasında görüş

Azərbaycan Britaniya hərbi sahədə əməkdaşlıq edəcəklər?

0
(Yenilənib 16:41 22.01.2021)
Səfir Ceyms Şarp deyib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcək.

BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.

Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.

Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

0
Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri, Böyük Britaniya