Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza

© Sputnik / Tural MammadovYasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza
Yasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza zamanı PPX avtomobilinin ön, vətəndaşa məxsus "Merdeces"-in isə arxa hissəsi sıradan çıxıb

BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakıda polis avtomobili qəza törədib. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə saat 15.00 radələrində, Bakı şəhəri Yasamal rayonu Akim Abasov küçəsində, "Azərsu"-nun parkının qarşısında baş verib.

© Sputnik / Tural MammadovYasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza
Yasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza - Sputnik Azərbaycan
Yasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza

Belə ki, piyada zolağının qarşısında dayanıb piyadanın keçməsini gözləyən "Mercedes" markalı avtomobili, arxadan gələn "99 AP 704" dövlət nömrə nişanlı Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil vurub. Nəticədə "Mercedes" markalı avtomobil sürüşərək yolu keçməkdə olan, 10-12 yaşlı qıza çırpılıb.

© Sputnik / Tural MammadovYasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza
Yasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza - Sputnik Azərbaycan
Yasamal rayonu Akim Abbasov küçəsində baş verən qəza

Qəza zamanı PPX avtomobilinin ön, vətəndaşa məxsus "Merdeces"-in isə arxa hissəsi ciddi zərbə alaraq, sıradan çıxıb. Xoşbəxtlikdən "Mercedes"-in sürücüsü əyləci buraxmayıb və piyadanın xəsarəti o qədər də ağır olmayıb.

Hadisə şahidləri tərəfindən piyadaya tibbi yardım göstərilməsi üçün əraziyə Təcili Tibbi Yardım çağırılıb.

Xəbər lenti
0