Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazax rayonunda faciə

© Sputnik / Ilham MustafayevQazax rayonunun girişi
Qazax rayonunun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb

BAKI, 19 noyabr — Sputnik. Bakı-Qazax-Gürcüstan yolunda, Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində dəhşətli qəza olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

Ölən şəxs — 1993-cü il təvəllüdlü Qazaxbəyli kənd sakini Abayev Allahverdi Yasin oğludur.

Yaralılar:

Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu

Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu

Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Əşrəf oğlu

Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu

Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu

Qeyd edək ki, qəza "Volkswagen" və "Opel Vectra" markalı avtomobillərin toqquşması səbəbindən baş verib.

Xəbər lenti
0