Yol

Bakının 13 kilometrliyində dəhşət yaşandı

914
(Yenilənib 11:01 17.11.2017)
Ölən şəxsin kimliyi hələlik məlum deyil

BAKI, 17 noyabr — Sputnik. Bakının Qaradağ rayonunda avtomobil piyadanı vurub. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 13-cü km-də baş verib.

Məlumata görə, "Lifan" markalı avtomobil dəmir çərçivələrin üzərindən keçib, piyada keçidi olmayan ərazidə yolu keçmək istəyən piyadanı vurub. Güclü zərbə nəticəsində piyada yerindəcə keçinib.

Zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb
© Sputnik / Irade CELIL
Zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb

Zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb. 30-35 yaşlarında olan kişinin kimliyi hələlik məlum deyil.

914
Teqlər:
piyada, Qaradağ rayonu, Bakı, qəza
Əlaqədar
Mikroavtobus yük maşınına girdi, 15 nəfər öldü - Dəhşətli qəza
Bakıda yol qəzalarında ölən və yaralananların statistikası açıqlandı
Cənub bölgəsində baş verən qəzada ölən var
Yol qəzaları niyə məhz axşamlar baş verir?
Bakıda qəza nəticəsində turistlər xəsarət alıblar
Rusiyada dəhşətli qəza: Binanın bir bloku çökdü