Gömrük komitəsi

İrandan Azərbaycana gələnlər bunu da etdilər

1091
(Yenilənib 16:05 16.11.2017)
Xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb

BAKI, 16 noyabr — Sputnik. Gömrük orqanına təqdim olunmayan dərman preparatı, kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti it avtomobilin salonuna reaksiya verib və həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb.

Nəticədə, avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut — cəmi 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Alprazolam" adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlar"ın III siyahısına daxildir.

Aşkar edilən 500 həbin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir.

1091
Teqlər:
"Qoşa Təpə" gömrük postu, Biləsuvar Gömrük İdarəsi, Azərbaycan Respublikası, İran İslam Respublikası
Əlaqədar
Xərçəngin dərmanı olan qidalar: Onların hamısı Azərbaycanda var
Min bir dərdin dərmanı olan meyvə - Balakəndə xurma festivalı
"Bizim aptek" heç də bizə xeyri olan dərmanlar satmırmış
Ürək və damarların təbii dərmanını yaxından tanıyın
Avropada təlaş: insanlara dərman paylanılır
Kanal, arxiv şəkli

Göyçayda məktəbli kanalda boğuldu

23
İsmayılın meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar

BAKI, 31 may - Sputnik. Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər.

İsmayılın meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar.

23
Əlaqədar
Azərbaycanda 5 yaşlı uşaq iynə vurulandan sonra ölüb
Şamaxıda dəhşətli faciə: Uşaqlarının gözü qarşısında boğulub öldü
Qusarda ikinci sinif şagirdini külək öldürüb?
Masallıda uşaq qəbiristanlıqda faciəli şəkildə öldü
İmişlidə yeniyetmə bədbəxt hadisənin qurbanı oldu
Sürücü sükan arxasında, arxiv şəkli

Piyadanı öldürüb qaçan sürücü saxlanılıb

15
(Yenilənib 19:10 31.05.2020)
Şəmkir şəhər sakini Arzu İsmayılov Bakı-Qazax avtomobil yolunda piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb

BAKI, 31 may — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlunu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən qaçması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "VAZ-21063" markalı 10-FT-972 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü İsmayılov Arzu Xanoğlan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15
Əlaqədar
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Ağır qəzada 4 hərbçi və 1 mülki şəxs həlak olub
Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən və xəsarət alan var
Minneapolisdə etirazlar

"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb

6
Əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

BAKI, 1 iyun — Sputnik, Viktor Maraxovski. CNN hazırda ABŞ-da baş verən iğtişaşlarda "çox güman ki" Rusiya agentlərinin də iştirak etdiyini iddia edib.

Bir qədər öncə həmin telekanalın ekspertlərdən biri iğtişaşlarda "rusiyalı agentlərin" iştirak ehtimalını irəli sürüb. Donald Tramp isə şəxsən xüsusi olaraq öz "Twitter" səhifəsində həmin eksperti ələ salıb.

Xatırladaq ki, son vaxtlara qədər Prezident Trampla Amerikanın ən nüfuzlu telekanallarından biri olan CNN arasında münasibətlər, ümumiyyətlə, İran və İsrail arasında olan münasibətlərdən də pis olub. 2016-cı ildə CNN Trampın prezident olmaması üçün hər şeyi edib və sonra "Russiagate" məsələsinin şişirdilməsi üçün əlindən gələni edib. Tramp isə öz növbəsində CNN-ni məhz "saxta xəbər CNN" adlandırır və kanalın reytinqlərinin düşməsinə sevinərək açıq şəkildə ona nifrətini ifadə edir.

Yeri gəlmişkən, Atlanta şəhərində iğtişaş iştirakçılarının yolüstü CNN-in mənzil-qərargahına hücum etmələri, binanın şüşələrini sındırmaları və əllərinə keçəni dağıtmaları xəbəri Amerika prezidentinə ayrıca məmnunluq verib. Tramp vəziyyətin "istehzalı" olduğunu qeyd edib: etirazçılar onların hərəkətlərini dəstəkləyən və haqlı çıxaran kanalın binasını talan ediblər.

İndi isə ən maraqlısı. İş burasındadır ki, bu gün CNN-in ad günüdür, yubileyidir – onun 40 yaşı tamam olur.

Minneapolisdə etirazlar
© REUTERS / Carlos Barria

Bu kanalın əvvəldən nə olduğu və indi nəyə çevrildiyi, ümumiyyətlə, Amerikanın dünya liderliyinin tarixini bizə açıq şəkildə izah edir.

40 il əvvəl gənc mediamaqnat Ted Törner tarixdə ilk dəfə olaraq xəbərləri fasiləsiz gecə-gündüz birbaşa kabel vasitəsilə abonentlərə çatdıran şəbəkəni yaradıb. Bu, informasiya biznesində irəliləyiş və inqilab olub.

1980-cı ildə bu sıçrayışa o qədər də çox əhəmiyyət vermirdilər — çünki Qərbin və xüsusilə Amerikanın elm və biznesdə, siyasət və sosial texnologiyalarda inqilabları bir-birinin ardınca gəlirdi. Törner fasiləsiz xəbər xidmətini yaradır, sonrakı il NASA səkkiz nəfər ekipajlı çoxistifadəli pilotlu kosmik gəmisini buraxır, həmin il IBM ilk şəxsi kompüterlərin satışına başlayır, növbədə isə mobil telefon dayanır, onun arxasınca isə gələcəyin kralı İnternet gəlir.

O vaxtlar Amerikanın özü XX əsrin ruhunu ifadə edirdi. CNN isə Amerikanın reallığa təsir alətinə çevrilmişdi. Kanal bütün gücünü planetin tilsimlənmiş kimi izlədiyi "Körfəz müharibəsi" adlı böyük şou zamanı tam göstərdi. Gözlərimiz qarşısında texnoloji baxımdan üstün olan Amerika təyyarələri Avrasiyanın ən güclü ordularından birinin müqavimətini qırdılar. O zaman dünyanın izlədiyi şou yer kürəsi əhalisinin qəlbində əminlik yaratdı ki, ABŞ yenilməzdir, bəşəriyyətin qalan hissəsindən müəyyən keyfiyyət fərqi olan bir gücdür. Dünyanın qalan hissəsi sadəcə ABŞ-ın quyruğunda gəzməyə, ABŞ-ı qıcıqlandırmamağa, ABŞ-a itaət etməyə və onun yumşaqlığına ümid etməyə məhkumdur.

ABŞ-da polis əməkdaşı, arxiv şəkli
© AFP 2020 / ANDREW CABALLERO-REYNOLDS

İraqın hərbi qüdrətinin ardınca Sovet İttifaqının da planetin xəritəsindən yoxa çıxması müəyyən mənada ABŞ üçün XX əsrin xoşbəxt sonluqla bitməsi demək idi. Bu qələbənin qeyd-şərtsiz qəhrəmanlarından biri olan Ted Törnerə yalnız Ceyn Fonda səviyyəsində olan Hollivud ulduzu ilə evlənmək və onunla günbatan tərəfə getmək qalırdı. Törner də elə bunu etdi.

... Amma əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

XX əsrdə dünyanı fəth etmiş Amerika bəlkə də məhz xoşbəxt sonluq sindromuna tutulub. Yəni, o, həqiqətən də inanıb ki, insan tarixində final titrlər başlayıb və heç bir sikvel gözlənilmir.

Maraqlıdır ki, SSRİ-nin süqutundan dərhal sonra Amerika dövlət təşkilatları "Rusiya üzrə mütəxəssis" təlimini o saat dayandırdılar: "olmayan və heç vaxt olmayacaq bir şey üçün mütəxəssislər nəyimizə lazımdır?"

Amerikanın "reallıq pultu" olan CNN, Hollivud, "rəngli texnologiyalar" və artıq yeni əsrdə "Facebook" və "Twitter" də həmin bu sindromun qurbanı oldular.

Ancaq reallıq öz sözünü yenə dedi — ona nə qədər təzyiq etsən də, o, intiqam almaq üçün bir yol tapacaq.

"CNN-in dünyası" 2016-cı ildə dağıldı — Trampın seçkilərdə qazanması ilə. Bu, Amerikada "dərin dövlət" adlandırılan qrup üçün arzuolunmaz namizədin qələbəsindən də pis idi. Bu, "xoşbəxt sonluq dövrü" ideyasının əsaslarına, idarə olunan reallıq ideyasına, CNN və "The New York Times" ittifaqının yenilməzliyi haqqında təsəvvürlərə vurulmuş güclü zərbə idi.

Yeri gəlmişkən, bəlkə də, məhz buna görə də "dərin dövlət" prinsipcə, reallığın pultla tam idarə olunduğu inamından əl çəkməyərək, seçkilərdə rusların sehrli əlinin olduğuna dair iddianı ortaya atdı.

"Ruslar pultu sındırdılar — buna görə də biz uduzduq."

Bu versiyanın əsas media təbliğatçısı da elə CNN oldu.

...Yeri gəlmişkən. İndi, Amerikanın 30 böyük şəhərini iğtişaşların bürüdüyü bir vaxtda dünya eks-hegemonunun ərazisində "media" və real gerçəklik arasında münasibətlərin necə inkişaf edəcəyini təsəvvür edə bilərik.

Bir versiya var ki, təxminən elə bu cür də olacaq. Məsələ məhz ondan ibarətdir ki, əsl "dünyanın sonu" və əsl xoşbəxt sonluq olmur. Apokalipsis mütləq ölümcül olmalı deyil. Bəlkə də bu, sadəcə qlobal siyasi-iqtisadi və çox güman ki, güc liderliyinin itirilməsidir. Bu, yalnız ölkənin uğursuz hissələrinin bir növ "üçüncü dünya"ya çevrilməsidir (ABŞ-da 40000000 işsiz var və bu, son hədd deyil). Bu, cəmiyyətin parçalanması və ölkənin yoxsul ərazilərə və zəngin təcrid olunmuş adalara bölünməsidir. Hansısa şəhərlərin çətinliklə qarnını doydurmağa çalışdığı bir vaxtda, haradasa böyük büdcələrə başgicəlləndirici blokbasterlər çəkiləcək.

Sadəcə, CNN-in təsisçisi, 81 yaşlı Törnerin xatırladığı Amerika daha olmayacaq.

6