Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusunda gözlənilməz hadisə

© Sputnik / Murad OrujovАвтобус ООО BakuBus, фото из архива
Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib

BAKI, 16 noyabr — Sputnik. Bu gün "BakuBus" MMC-yə məxsus sərnişin avtobusunda maraqlı hadisə baş verib. "BakuBus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün 1 nömrəli marşrut xəttində 99-JX-234 nömrəli avtobusun salonundan, qədim Albaniya dövlətinə aid olduğu güman edilən maddi mədəniyyət nümunələri — gümüş və mis pullar tapılıb.

"BakuBus" MMC-nin nümayəndələri tapılan qədimi pullar barədə Milli Azərbaycan Tarixi Muzeyinə məlumat veriblər.

Qeyd edək ki, tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq.

Xəbər lenti
0