Məktəblilər

Azərbaycanda məktəblilərdən dəhşətli əməl: ölən var

1403
(Yenilənib 11:48 15.11.2017)
Azərbaycanda məktəbdə dava edən şagirdləri ayırmaq istəyən işçi aldığı xəsarətdən ölüb

BAKI, 15 noyabr — Sputnik. Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzərovaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb. Faktla bağlı araşdırma aparılır.

1403
Teqlər:
dava, şagird, məktəb, Ceyranbatan qəsəbəsi, Abşeron rayonu
Əlaqədar
Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib
Məktəbin direktor müavini şagirdini qaçırdı
Şagirdlərlə sekslə məşğul olan müəllim saxlanıb
Şagirdə qarşı seksual hərəkətlər edən direktorun işində yeni gəlişmə
Bakıda orta məktəb şagirdi qan tökdü
Tuneldə dayanmış adam, arxiv şəkli

Yasamalda qətl baş verib, qatil axtarışdadır

3
(Yenilənib 12:39 27.11.2020)
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 26-da saat 20 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı Elvin Şəmmədov və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı törədərək hadisə yerindən qaçmalarına əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

3
Teqlər:
Yasamal rayonu, axtarış, qatil, qətl
Vahid Tağıyev, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

248
(Yenilənib 10:20 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

248
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu
İran bayrağı, arxiv şəkli

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

0
(Yenilənib 13:06 27.11.2020)
İranın Vyanadakı Səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.

BAKI, 27 noyabr — Sputnik. Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlaşdırmaqda günahlandırılan iranlı diplomat və onun üç həmvətənini mühakimə edəcək. Sputnik Azərbaycan-ın korrespondent.net saytına istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olun iki əlaltısı da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürülüb. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müsəlman liderlərinə ultimatum vermişdi. Makron onların 15 gün ərzində "respublika dəyərləri xartiyası"nı qəbul etmələrini istəyir.

Avstriyada da radikal islamçılara qarşı xüsusi əməliyyatın keçirildiyi barədə də məlumat verilmişdi. Qeyd olunurdu ki, polis artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən 70 şəxsin və bir neçə təşkilatın izinə düşüb.

0
Teqlər:
diplomat, İran, Avropa, məhkəmə