Məhkəmə

Azərbaycanda kriminal avtoritetə 19 il həbs cəzası verildi

319
(Yenilənib 12:09 14.11.2017)
Proses Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib

BAKI, 14 noyabr — Sputnik. Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə. Ağamiyə hökm oxuyub.

Əli Ağami
© Photo : Əli Ağaminin şəxsi arxivindən
Əli Ağami

Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib. Məlumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib. Məhkəmənin hökmü ilə Ə. Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə. Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Ə. Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E. Məmmədovla Ə. Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə. Ağami Şirvanda həbs edilib. E. Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Xatırladaq ki, 28 yaşlı Ə. Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə. Ağamidir. Qətlə yetirilən E. Nəciyev kriminal aləmdə "Krıtıy Elvin" adı ilə tanınıb.

Hazırda Ə. Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam edir.

319
Teqlər:
Sabunçu Rayon Məhkəməsi, Əli Ağami, məhbus, məhkəmə, həbs
Əlaqədar
Amaşov: “Kriminal xəbərlərin çoxluğu cinayətkarlığın səviyyəsini artırır”
Mediada kriminal hadisələrin işiqlandırılması müzakirə olundu
Azərbaycanda kriminal aləmin nümayəndələri arasında dava - VİDEO
Məhbusların qaçışı böyük kriminal hesablaşmanı gündəmə gətirdi - Təfərrüat
Azərbaycanda kriminal avtoritet öldü
MDB məkanının kriminal avtoritetləri Azərbaycanda
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

16
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

16
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

20
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

72
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

72
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu