Şəki

Şəkidə arzuolunmaz hadisə baş verib

366
(Yenilənib 11:37 13.11.2017)
Qoyun otaran kişi bədbəxt hadisənin qurbanı olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Şəkinin Küdürlü kəndində arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sözügedən kəndin sakini, 1937-ci il təvəllüdlü Zakir Murtuz oğlu Şabanov, kəndin dağlıq ərazisində qoyun otaran zaman ehtiyatsızlıqdan dərəyə yıxılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 80 yaşlı Zakir Şabanov, yaxınlarının köməkliyi ilə yaşadığı evə aparılıb. O, evə gətirildikdən bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

366
Teqlər:
Zakir Murtuz oğlu Şabanov, Küdürlü kəndi, Şəki
Əlaqədar
5-ci mərtəbədən yıxılan uşaq öldü
Bakıda 4-cü mərtəbədən yıxılan uşaq sağ qalıb
Daha bir elektrik ağacdan yıxılıb
Otel pəncərəsindən yıxılıb öldü
Sərnişin relslərin üzərinə yıxıldı

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

11
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

11
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Adilzadə Zibeydə, arxiv şəkli

Baş redaktor Füzulidə minaya düşərək həlak olub

119
(Yenilənib 17:27 28.11.2020)
Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Adilzadə bu gün Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək qohumları ilə birlikdə həlak olub.

BAKI, 28 noyabr - Sputnik. Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olanlardan biri jurnalistdir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.

119
Teqlər:
Böyük Qayıdış, qayıdış, baş redaktor, Füzuli rayonu, Füzuli