Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Siyəzəndə vətəndaşlara 7 min manat ziyan vurmuş şəxs ələ keçib

75
(Yenilənib 22:41 11.11.2017)
Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib

BAKI, 11 noyabr — Sputnik. Noyabrın 11-də Siyəzən RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tululub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov Rayon Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabrın 10-dan noyabrın 10-dək  daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbağ, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon, və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat maddi ziyan vurub.  

Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf edib, törətdiyi əməldən peşman olduğunu bildirib. 

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakı olub-olmaması araşdırılır.    

75
Danimarka millisinin futbolçusu Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə oyunda huşunu itirib

Huşunu itirən futbolçu Erikssen hospitalda, vəziyyəti sabitdir

13
(Yenilənib 23:12 12.06.2021)
Danimarka yığmasının AVRO-2020-dəki lideri Kristian Erikssen Kopenhagenin tibb müəssisəsinə çatdırılıb.

Futbol üzrə Avropa çempionatında Finlandiya ilə oyunda huşunu itirən Danimarka millisinin oyunçusu Kristian Erikssen hospitaldadlr, vəziyyəti sabitləşir. Bu barədə UEFA-nın Twitter-dəki rəsmi hesabında bildirilir.

Rusiya millisinin də yer aldığı B qrupunun Danimarka-Finlandiya oyunu şənbə günü Kopenhagendə başlayıb. Birinci taymın lap sonunda Erikssen huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra futbolçunu xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

"Oyunçu hospitala çatdırılıb, vəziyyəti sabitləşir", - məlumatda deyilir.

Hazırda oyun dayandırılıb, bildirilir ki, komandaların nümayəndələri və hakimlərin iştirakı ilə təcili iclas keçirilir. Sonrakı məlumat 21:45-də (Bakı vaxtı ilə) veriləcək.

 

13
Azərbaycan manatı, arxiv şəkli

"Adam oğurluğu-2" - Qadının sərvaxtlığı ərini qurtardı

12
(Yenilənib 15:25 12.06.2021)
Bakıda qadının ərini oğurlayıb, onu döyən iki nəfər zəng vuraraq əməli borc üstündə törətdiklərini deyiblər. Üstəlik, 3700 manatlıq borc 5000-ə qaldırılıb.

 

BAKI, 12 iyun — Sputnik. Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib, Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Eyni cinayət, fərqli məbləğ

Qeyd edək ki, bu, adam oğurluğu ilə bağlı son günlərdə baş verən yeganə hadisə deyil. İyunun 8-də saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət edib.

Birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərib. Seyidovdan oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Eləcə də oxuyun:

  • Polisin güllələdiyi qadının ölümü ilə əlaqədar cinayət işi açılıb

  • Günün hadisələri: yaralanan, qayda pozan, qaçırılan, pul mənimsəyənlər...

  • Prokurorluq əməliyyat zamanı dünyasını dəyişən şəxslə bağlı məlumat yaydı

12
Teqlər:
cinayət, adam oğurluğu, oğurluq
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0