Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qusarlı sürücünün cəhdləri nəticə vermədi, yaralı öldü

Abunə olmaq
Sürücünün və piyadanın sərxoş olub-olmadıqları araşdırılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Qusar rayonunun Kuzunqışlaq kəndində piyadanın ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib.

Rayonun Kuzunqışlaq kənd sakini, 26 yaşlı Zamir Sərkərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Qusarın Muruqqışlaq kənd sakini, 49 yaşlı Heydər Eldarovu yolu keçmək istədiyi zaman vurub. Sürücü Zamir Sərkarov yaralı piyadanı öz maşını ilə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, Eldarov aldığı xəsarətlərdən yolda keçinib.

Hadisə yerinə dərhal Qusar rayon Polis Şöbəsinin əməkdaşları gəlib.

Faktla bağlı Qusar rayon Polis şöbəsində cinayət işi açılıb. Sürücünün və piyadanın sərxoş olub-olmadıqları araşdırılır.

Xəbər lenti
0