Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xaçmazda otuz beş yaşlı kişi şam yeməyini axıradək yeyə bilmədi

© Sputnik / Anar MustafayevКотлеты и жареная картошка
Котлеты и жареная картошка - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 35 yaşlı kişi zəhərlənərək ölüb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda 35 yaşlı kişi zəhərlənərək ölüb.

Hadisə dünən axşam saatlarında Xaçmaz rayonunun Müqtədir qəsəbəsində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Müqtədir qəsəbə sakini, 35 yaşlı Vüsal Bəşirov axşam yemək yeyəndən sonra ailəsinə özünü pis hiss etdiyini bildirib. Ailə üzvləri V.Bəşirovu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasina çatdırıblar. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xaçmaz rayon prokurorluğu ölümün səbəblərini araşdırır. Onun hansı qidadan zəhərdiyini müəyyən etməyə çalışırlar.

Xəbər lenti
0