Bakı Dövlət Universitetinin qarşısında tələbələr, arxiv şəkli

Sabah özünüzlə çətir götürməyi unutmayın - Xəbərdarlıq

398
(Yenilənib 13:12 05.11.2017)
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək

BAKI, 5 noyabr — Sputnik. Noyabrın 6-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

398
Teqlər:
hava haqqında, hava məlumatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Abşeron yarımadası, Bakı, Azərbaycan
Əlaqədar
Sabahkı hava ürəyinizcə olmaya bilər
Noyabrda hava necə olacaq - proqnoz açıqlandı
Yeni həftədə hava xoş sürpriz edəcək
Sabah hava yenidən qanınızı qaraldacaq - Xəbərdarlıq
Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək