Təcili yardım

Avtobus iki piyadanı vurdu

38
(Yenilənib 00:29 05.11.2017)
Hazırda ərazidə faktla bağlı araşdırılma aparılır

BAKI, 5 noyabr — Sputnik. Kiyevdə marşrut avtobus sərnişinləin üzərindən keçib, ölən var.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sürücü avtobusu piyadaların üzərinə dayanacağın yaxınlığında sürüb. Hadisə zamanı iki nəfər ölüb və bir nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, dayanacağa troleybus daxil olub və o ikinci xətdə dayanaraq, sərnişinləri düşürüb. Sərnişinlər troleybusdan düşəndə avtobus birinci xəttə daxil olub və iki piyadanı vurub. Vurulan qadın yerindəcə ölüb, digər kişi xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib. Üçüncü zərərçəkən isə yardım göstərildikdən sonra buraxılıb.

Hazırda ərazidə faktla bağlı araşdırılma aparılır.

38
Əlaqədar
Ağır qəza Ucar sakininin ölümü ilə nəticələndi
Sabirabadda ağır qəza baş verib: 3 nəfər ölüb
Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
FHN 4 qadının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı