Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qoca"nı ölümə aparan ssenari - Əməliyyatın detalları

© Sputnik / Irade JELILОружие на поясе полицейского, фото из архива
Оружие на поясе полицейского, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Qoca"ya qarşı keçirilən əməliyyatın yeni təfərrüatı

BAKI, 3 noyabr — Sputnik. "Qoca" ləqəbli kriminal avtoritetin tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

© Photo : Facebook / Etibar QocaEtibar Məmmədov
Etibar Məmmədov - Sputnik Azərbaycan
Etibar Məmmədov

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib. Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəliblər. Qaçan şəxslər onlara da atəş açıblar. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıblar. Atəşlə, qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb.

Bundan sonra da onlardan ikisi – "Qoca" və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulub.

BMCMİ əməkdaşlarının yüksək peşəkarlığı ilə keçirilən əməliyyat zamanı polis əməkdaşlarından yaralanan olmayıb.

Xatırladaq ki, cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd "Makarov" markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0