Bakıda neft nasosları

Neft buruğunda faciə - SOCAR açıqlama verdi

361
(Yenilənib 11:09 03.11.2017)
Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıblar

BAKI, 3 noyabr — Sputnik. SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Qaradağ rayonu ərazisində yerləşən neft buruğunda faciə baş verib. Hadisə zamanı boru, 52 yaşlı Gözəlov Fikrət Alıkişi oğlu və 54 yaşlı Ədilov Cavad Əlibala oğlunun üstünə düşüb. Ağır xəsarətlər alan işçilər xəstəxanaya çatdırılıb.

SOCAR-ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, qazma prosesi zaman xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.

Bildirilir ki, noyabrın 2-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı boruları qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

361
Teqlər:
xəsarət, neft buruğu, Qaradağ rayonu, "Azneft" İstehsalat Birliyi, SOCAR
Əlaqədar
SOCAR-ın rəsmisi intihar etdi
SOCAR-ın törəməsi ləğv olundu
SOCAR bu ərazini Rusiyaya qaytarıb
SOCAR qəzada həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə maddi yardım göstərib
SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb
Meşə yanğını, arxiv şəkli

Qızılağac milli parkın ərazisində yanğın başlayıb

5
(Yenilənib 18:06 06.07.2020)
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

BAKI, 6 iyul — Sputnik. 6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

5
XİN-in binası, arxiv şəkli

XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO

114
(Yenilənib 16:48 06.07.2020)
Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir

BAKI, 6 iyul – Sputnik. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlardan biri - Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Safura Əlizadə (ortada) və atası Səlim Əlizadə (sağda)

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadənin mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlinidir.

114
Teqlər:
ittiham, müğənni, əməliyyat, XİN, DTX
Əlaqədar
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
DTX Xarici İşlər Nazirliyinə kim üçün getmişdi? - VİDEO
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

0
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0