Qəzaya düşmüş avtomobil, arxiv şəkli

Bakıda zəncirvari yol qəzası baş verib, tıxac yaranıb

133
(Yenilənib 22:27 02.11.2017)
20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb

BAKI, 2 noyabr — Sputnik. Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bununla əlaqədar olaraq, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb. 

Bakı Nəqliyyat Agentliyi sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

133